Düzgün aksesuar seçimi ilə daha zövqlü görünmək olar - FOTOLENT
12 dekabr 2019 14:39 (UTC +04:00)

Düzgün aksesuar seçimi ilə daha zövqlü görünmək olar - FOTOLENT

Geyim kombinənizi tamamlamaq üçün aksesuar istifadə edərək daha gözəl görünə bilərsiniz.

Lent.az Türkiyə mətbuatına istinadən şıq görünmək üçün sizə kömək edəcək bəzi aksesuarları təqdim edir:

Əlcəklər

Müasir və şıq görünüş üçün payız və qış mövsümündə maraqlı əlcəklərdən istifadə etmək olar. Tüldən hazırlanmış əlcəklər isə daha zərif görünüş bəxş etməyə kömək edər.

Saç aksesuarları

Son illərdə saç aksesuarlarına tül əlavə edilməsi, onları daha da zərif  göstərir. Bu cür aksesuarlar romantik görünüş üçün mükəmməl bir seçimdir.

Naxışlı corablar

Rəngli və naxışlı corablar dəbli  görünməyə kömək edir. Qış aylarında da qadınlar, gün ərzində dəbli görünmək üçün bu cür corablarla öz tərzlərini qoruya bilərlər.

# 1740
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar