Keçmiş məhkumlar narkotik alverinə görə tutuldular
10 dekabr 2019 11:27 (UTC +04:00)

Keçmiş məhkumlar narkotik alverinə görə tutuldular

 

Quba rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxslər saxlanılıb.

Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon sakinləri, əvvəllər məhkum olunmuşlar, 37 yaşlı Xalid Hacızadə və 29 yaşlı Cəbrayıl İlyasov saxlanılıblar. Saxlanılan zaman hər iki şəxsin üzərindən narkotik maddə olan heroin aşkar edilərək götürülüb.


Dindirilmə zamanı X.Hacızadə və C.İlyasov rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduqlarını, narkotikləri isə X.Hacızadənin kirayə yaşadığı evdə saxladıqlarını etiraf ediblər. Polis əməkdaşları tərəfindən qeyd edilən evə keçirilən baxış zamanı isə oradan qabaqcadan satış üçün hazır bükümlərdə olan küllü miqdarda metamfetamin və heroin, eləcə də kibrit qutularında olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi növbəti uğurlu əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən 451 ədəd metadon həbi aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayon Polis Şöbəsi əməkdaşlarının daxil keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Təngərüd kənd sakini Səxavət Qasımov narkotik vasitə olan 4 ədəd metadon həbini satarkən saxlanılıb. Saxlanıldıqdan sonra onun üzərinə keçirilən baxış zamanı 447 ədəd metadon həbi aşkar edilərək götürülüb. S. Qasımov narkotik vasitəni respublika ərazisinə qaçaqmal yolu ilə keçirən İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı Astara rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır

 

# 1126
avatar

Mehman Nəbiyev

Oxşar yazılar