"Elit-star" Cəmilə əməliyyatdan sonra belə oldu - FOTOLAR
09 dekabr 2019 16:00 (UTC +04:00)

"Elit-star" Cəmilə əməliyyatdan sonra belə oldu - FOTOLAR

“Elit-star” ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərova növbəti dəfə əməliyyat olub. Lent.az-ın əldə etdiyi məlumata görə, ifaçı əməliyyatla göz ətrafında olan qırışları yox etdirib. Paytaxtda yerləşən klinikaların birində üzünə əl gəzdirtdirən ifaçı bunu mediadan gizlətməyə çalışıb.

 

Onu da əlavə edək ki, C.İsgəndərova bir müddət öncə açıqlamasında görünüşündən narazı olduğunu dilə gətirmişdi. O bildirmişdi ki, kosmetoloq onun üzünə sintetik gel vurub və üzü şişib.

Müğənninin əməliyyatdan sonra çəkilmiş şəkillərini təqdim edirik:

# 3934
avatar

Yalçın UĞUR

Oxşar yazılar