Mourinyo futbolçularını tənqid etdi: “Yatmışdılar”
05 dekabr 2019 10:51 (UTC +04:00)

Mourinyo futbolçularını tənqid etdi: “Yatmışdılar”

 

“İlk yarım saatda oyunumuz, ümumiyyətlə, alınmadı. Ancaq sonra komanda özünə gəldi. Bu cür qollar buraxmamalıyıq. İkinci qol epizodunda sanki bütün futbolçularım yatmışdı. Bir də ayıldılar ki, Markus Reşford cərimə meydançasının içindədir. Amma artıq gec idi”. 

Lent.az-ın məlumatına görə, bu sözləri “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo deyib.

Portuqaliyalı mütəxəssis İngiltərə çempionatının 15-ci turunda “Mançester Yunayted”ə 1:2 hesablı məğlubiyyəti şərh edib. 

O, sabiq komandasının daha yaxşı oyun göstərdiyini etiraf edib: “İlk hissədə, xüsusən, 30 dəqiqə ərzində “Mançester Yunayted” daha aqressiv və intensiv oyun göstərdi. Onlar qələbəyə layiq idi. Rəqibin heyətində gənc futbolçular çoxdur. Onların güclü pressinq tətbiq edəcəklərini bilirdim. Bu barədə futbolçularıma demişdim, amma onlar tapşırığın öhdəsindən gələ bilmədilər. Bu görüşdən dərs çıxarmalıyıq. Bütün oyunlara sürətli başlamağımız şərtdir”.

Qeyd edək ki, bu, Joze Mourinyonun “Tottenhem”ə gəlişindən sonra ilk məğlubiyyəti olub.

 

 

# 1027
avatar

Rizvan Babayev

Oxşar yazılar