10:32
03 Dekabr 2019

Dostunu kafedə bıçaqladı: TƏFƏRRÜAT

Saatlı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az xəbər verir ki, Saatlı rayonu, Qırağlı kənd sakini, 30 yaşlı Astanov Nurəli Taleh oğlu bıçaqlanıb. Hadisə Saatlı şəhərində kafelərin birində qeydə alınıb. Bıçaqlanan Astanov Nurəli aralarında mübahisə düşdüyü üçün bir stolda əyləşdiyi Saatlı rayon sakini, 29 yaşlı Elvin Rzayevin alın nahiyəsinə qədəhlə xəsarət yetirib. Bundan sonra Elvin Rzayev Astanov Nurəliyə bıçaqla xəsarət yetirib.

Astanov Nurəli kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib. Elvin Rzayevin isə Saatlı rayon Mərkəzi Xəstəxanasında müalicə aldığı bildirilir.

Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Dİgər xəbərlər