1060
19:33
30 Noyabr 2019

Əfqanıstanda Trampın telefonunu əlindən aldılar 

Əfqanıstana səfəri zamanı ABŞ Prezidenti Donald Trampın köməkçiləri telefonunu əlindən alıblar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, təkcə Tramp deyil, onu müşayiət edən və səfərin məqsədindən xəbərsiz bütün jurnalistlər mobil telefonsuz qalıblar.

ABŞ informasiya agentliklərinin xəbərinə görə, buna səbəb “Twitter çılğınlığı” olan Trampın sosial şəbəkədə Əfqanıstana gizli səfəri ilə bağlı məlumat yaymaması olub.

Səfər zamanı Twitter hesabına girişləri Ağ Evin əməkdaşları yerləşdiriblər ki, istifadəçilər Trampa qoyulmuş “telefon qadağası”nı hiss etməsinlər.

Qeyd edək ki, Tramp Əfqanıstanda səfəri zamanı amerikalı hərbçilərlə görüşüb. Bundan əvvəl isə ABŞ prezidenti iddia edirdi ki, xüsusi xidmətin qadağasına baxmayaraq, smartfondan istifadə edəcək.