597
13:11
28 Noyabr 2019

Qadını çılpaq şəklini paylaşmaqla şantaj edən şəxs tutuldu

Qadını şantaj edərək pulunu mənimsəyən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA -ya bildirilib ki, Hacıqabul şəhər sakini, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş T. Qasımovun tanışı olan bir qadının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədə-qorxu gəlib sonuncudan 300 manat pul alması barədə Rayon Polis Şöbəsinə daxil olmuş müraciətlə əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində T.Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.