1423
12:13
28 Noyabr 2019

"Şəbnəmi "qara siyahı"ya atmışam" - Müğənnidən ŞOK AÇIQLAMALAR

"Hamını "qara siyahı"ya atıram. Vecimə deyil, kim nə edir etsin. Kimsə Şaxta babalıq edirsə, özü bilər".

Lent.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nigar Camal "Show news" verilişinə açıqlamasında deyib. O, Şəbnəm Tovuzlu ilə bağlı sualları cavabsız qoyaraq, onu "qara siyahı"ya atdığını söyləyib.

Nigara Əməkdar artist Elnarə Abdullayeva ilə bağlı sual ünvanlananda isə, reaksiyası hər kəsi təəccübləndirib:. Sənətçi xanəndəni tanımadığını deyib:

"O, kimdir? Adını bilmirəm, yəqin üzünü tanıyıram. Xətrinə dəyməsin, amma tanımıram. Xanəndələri tanımıram".

Nigar "Elnarə Abduallayeva deyir ki, gəlin qayınananın sözünü həzm edə bilmirsə, əşyalarını götürüb evinə getsin" sözlərinə belə cavab verib:

"Nəsə problemi var? Özü gedib, yoxsa uşağı? Hər zaman deyirəm ki, qayınana sənin sevdiyin insanın anasıdır. Yaxşı, pis, arada pərdə olmalıdır. Sonradan problem çıxırsa, onu həll etməyə yol tapırsan. Əgər atası evinə qayıdacaqsa, niyə ərə gedir?".