278
06:32
28 Noyabr 2019

Çilidəki iğtişaşlarda 2200-dən çox polis yaralanıb

Çilidə oktyabr ayının ortalarından bəri davam edən iğtişaşlar zamanı 2200-dən çox polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Çili Prezidenti Sebastian Pinera bildirib.

Onun sözlərinə görə, son həftələr ərzində 2210 polis yaralanıb, onlardan 57-si güllə yarası alıb, daha 45-I isə "Molotov kokteyli"ndən yanıq xəsarətləri alıb: “Etirazçılar tərəfindən 188 polis bölməsinə və 1000-ə yaxın polis maşınına hücum edilib".

Qeyd edək ki, Çilinin paytaxtı Santyaqoda 14-dən etibarən nümayişçilərlə polis qüvvələri arasında toqquşma davam edir. Etiraz aksiyalarına səbəb hökumət tərəfindən metronun gediş qiymətinin artırılması olub.