475
16:04
27 Noyabr 2019

Azərbaycanda gənc qız dərmandan zəhərləndi

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Şəhər sakini, 23 yaşlı Ələkbərova Lalə Natiq qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun dərmanda zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.