450
03:41
26 Noyabr 2019

Rusiya orbitə yeni peyk göndərib

“Plesetsk” kosmodromundan Rusiyaya məxsus yeni peyk orbitə göndərilib.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Sözügedən kosmik gəmi Rusiyanın kosmosdakı digər peyklərinin fəaliyyətini izləyəcək.

Çoxfunksiyalı kosmik platformanın bazasında yaradılan peyk bortunda quraşdırılmış optik avadanlıq vasitəsilə Yer səthinin də fotoşəkilini çəkməyə qadirdi.

Kosmik gəmi ilə sabit əlaqənin qurulduğu və bort sistemlərinin normal işlədiyi qeyd edilib.