874
16:28
25 Noyabr 2019

Bakıda binanın eyvanı uçdu - YENİLƏNİB

Bakıda binada baş verən uçqun nəticəsində xəsarət alan olmayıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, uçqun baş verən mənzildə yaşayış olmayıb. Bina köhnə tikili olduğundan yaşayış olan digər mənzillərdə də təhlükə qalmaqdadır.

***

16:03

Bakıda binanın eyvanı uçub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov və Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb. Həmin ünvanda yerləşən, köhnə tikili olan iki mərtəbəli binanın eyvanı uçub.