178
10:31
25 Noyabr 2019

Sürüşmə səbəbindən su kəsildi

Torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb.

Bu barədə Lent.az -a “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. Bildirilib ki, su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.