5615
22:42
24 Noyabr 2019

Haqq, ədalət hara, Əli İnsanov hara? - Günün sualı

Bu gün sabiq səhiyyə naziri Əli İnsanov yaratmaq istədiyi partiyanın adını və təşkilat komitəsinin üzvlərini açıqlayıb.

Lent.az -ın məlumatına görə, Ə. İnsanov "Facebook" səhifəsində partiyasının adını Haqq Ədalət Partiyası (HƏP) qoyduğunu yazıb.

Onun sabiqlərdən ibarət komandasında sabiq səfir İsfəndiyar Vahabzadə, sabiq orta məktəb direktoru Qalibə Budaqova, Masallının sabiq məhkəmə sədri Mirədalət Talışxanov, sabiq icra başçısı müavini Eyvaz Əliyev, sabiq hərəkatçı Oruc Muradov, sabiq nazirlik əməkdaşı İlqar Quliyev, sabiq YAP-çı Babək Adıgözəlov, sabiq polis zabiti Fərrux Binətzadə və s. sabiqlər var. Ə. İnsanov sabiqlərə partiyanın nizamnaməsi və proqramının yazılıb başa çatdırılmasını tapşırıb.

Zəruri qeydə ehtiyac var ki, bu adların çoxu Azərbaycan ictimaiyyətində heç bir reaksiya yaratmır. Onlar işlədikləri sahə və rayonlarda daha çox korrupsiya və rüşvət, eyni zamanda yerliçilik, alternativ fikrə dözümsüzlük kimi xatakterlərlə tanına bilərlər. Çünki Əli İnsanov Azərbaycan ictimai rəyində alternativ fikir söyləyənlərə qarşı təhqiramiz münasibəti, ölkənin səhiyyə sisteminə öldürücü zərbə vurmuş, rəhbərlik etdiyi sistemdə piramidal qaydada korrupsiya və rüşvət sxemi qurmuş şəxs kimi tanınır. Onunla eyni fikri bölüşdüyünü açıqlayan sabiqləri də şəxsi dosyeləri ilə tanış olmadan da belə xarakterizə etmək uyğun olar. Çünki partiyalar ortaq dəyərləri olan, əqidə və fikircə eyni və ya yaxın düşüncəyə malik insanların birləşdiyi yerdir.

Əli İnsanovun "dəyəri"- rüşvət, korrupsiya, qisas, regionçuluq, zalımlıq və despotiklikdir. Hakimiyyətdə təmsil olunduğu zaman o bu "dəyərlərini" Azərbaycan xalqından gizlətməyib. Haqq və Ədalət sözlərinə qarşı ən böyük ədalətsizlik və haqsızlıq isə bu sözlərin olduğu partiyanın başında həyatı insanlara qarşı haqsızlıq və ədalətsizlik etməklə keçmiş Əli İnsanov kimi birisinin dayanması olacaq...