Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib
21 noyabr 2019 15:42 (UTC +04:00)

Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəlib.

Moskva şəhərinin hərbi komendantı Yevgeni Seleznyov Azərbaycanın Birinci vitse-prezidentinə raport verib.

Birinci vitse-prezident Mehriban Əliyeva Naməlum Əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra fəxri qarovul dəstəsinin keçidi oldu.

# 1390
avatar

Oxşar yazılar