Aşağı yaş qrupu üzrə yığmalarımızdan yenə də ANTİREKORD
21 noyabr 2019 13:46 (UTC +04:00)

Aşağı yaş qrupu üzrə yığmalarımızdan yenə də ANTİREKORD

 

Azərbaycanın aşağı yaş qrupları üzrə yığmaları üçün 2019/20 mövsümü başa çatıb.

Apasport.az saytının məlumatına görə, oğlan və qızlardan ibarət U-19 ilə U-17 yığmaları ili uğursuzluqla tamamlayıb.

4 komandadan heç biri elit-raunda vəsiqə qazanmayıb. 12 oyun keçirən futbolçularımız yalnız 2 qələbə qazanıb, 10 dəfə meydanı məğlub tərk ediblər. Yığmalarımız 12 görüşdə 4 qol vurub 39-nu buraxıblar.

Hər iki qələbəni U-19-lar əldə edib. Qızlar Albaniya, oğlanlar San-Marino ilə görüşdə üç xala sevinib. Böyüklərdən ibarət yığmalar 3-cü yerlə qrupda qalıb. Kiçiklər isə bütün matçlarda uduzaraq sonuncu olublar.

4 komandanın üst-üstə cəmi 6 xal qazanması son 7 ildə ən aşağı göstəricidir. 2012/13 mövsümündən sonrakı illərdə belə zəif nəticələr qeydə alınmamışdı. Həmin vaxt isə komandalar birlikdə 4 xal yığıb.

U-17
2019/20 (Vüqar Məmməd), Yunanıstan, IX qrup, IV yer
13.11.2019. Yunanıstan – 1:6
16.11.2019. Almaniya – 0:2
19.11.2019. Qazaxıstan – 0:2

U-19
2019/20 (Samir Əliyev), Çexiya, VII qrup, III yer
09.10.2019. Norveç – 0:1
12.10.2019. Çexiya – 0:4
15.10.2019. San-Marino – 2:0

U-19, qızlar
2019/20 (Vüqar Əsgərli), Portuqaliya, III qrup, III yer
02.10.2018. Portuqaliya – 0:6
05.10.2018. Almaniya – 0:6
08.10.2018. Albaniya – 1:0

U-17, qızlar
2019/20 (Zamir Həsənov), Farer adaları, V qrup, IV yer
17.10.2019. Sloveniya – 0:6
20.10.2019. Norveç – 0:5
23.10.2019. Farer adaları – 0:1

# 1392
avatar

Oxşar yazılar