Mingeçevirdə polisin bıçaqlanmasının TƏFƏRRÜATI
21 noyabr 2019 10:27 (UTC +04:00)

Mingeçevirdə polisin bıçaqlanmasının TƏFƏRRÜATI

Mingəçevirdə polisin bıçaqlanması ilə bağlı cinayət işi başlanıb.

APA-nın məlumatına görə, hadisə ötən gün şəhərin Samux küçəsindəki Mingəçevir Turizm Kollecinin qarşısında qeydə alınıb.

Şəhər sakini, 22 yaşlı İsmayılov Elyar İsmayıl oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə kollecin qarşısına gələrək orada mühafizəçi işləyən tanışı Ağayev Kənan İlham oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində E.İsmayılov üzərində gəzdirdiyi bıçaqla K.Ağayevə bir neçə bıçaq zərbəsi endirib. 

Araşdırmalar zamanı məlum olub ki, E İsmayılov son vaxtlar narkotik vasitələr və cinayətkar aləmə meyilli olduğundan K.Ağayev onu bu yoldan çəkindirməyə çalışıb. Buna əsəbləşən E. İsmayılov K.Ağayevi bıçaqlayıb.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Qeyd edək ki, bıçaqlanan K. Ağayev mühafizə polisinin əməkdaşı olub.

# 1180
avatar

Oxşar yazılar