444
17:56
20 Noyabr 2019

“Azərsun Holdinq”  “Qadın Sahibkarlara Yaşıl İşıq” forumuna dəstək verdi

Hər zaman təşkil edilən müxtəlif sosial layihələrə yaxından dəstək verən “Azərsun Holdinq” növbəti dəfə ənənəsinə sadiq qaldı. Şirkətlər Qrupu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı baş tutmuş “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II foruma dəstək verib.

Qlobal Sahibkarlıq Həftəsinin qeyd olunmasına həsr olunmuş tədbirdə “Azərsun Holdinq”i Yağ kateqoriya direktoru Könül Əliyeva təmsil edib. Ölkənin qeyri-neft sektorunun aparıcı şirkətlərindən birində yüksək vəzifə sahibi olan xanım burada qadınlara yaradılan şəraitdən danışıb. O, “Azərsun Holdinq”in karyera inkişafı üçün ən gözəl iş yerlərindən biri olduğunu bildirərək burada hər kəs üçün heç bir ayrıseçkilik edilmədən gender bərabərliyinə həssaslıqla yanaşıldığını söylədi. Öz uğur hekayəsini danışan Könül Əliyeva bütün qadınları öz üzərində işləməyə, inkişaf etməyə və hər zaman gözəl karyera uğrunda mübarizə aparmağa səslədi.

Qeyd edək ki, “Azərsun Holdinq”də minlərlə qadın işlə təmin edilib. Bundan əlavə, adıçəkilən Şirkətlər Qrupu uğurlu insan resurslarının idarə edilməsi sisteminə görə bir müddət öncə Türkiyədə yüksək mükafatla təltif edilib.