Qonaq gedən qadın itkin düşdü
20 noyabr 2019 11:59 (UTC +04:00)

Qonaq gedən qadın itkin düşdü

Bərdəyə qonaq gedən 49 yaşlı qadın itkin düşüb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Zümürxan kəndinə qonaq gələn, Goranboy rayon Ağcakənd kənd sakini Nəsibova Bahar Fərman qızı noyabrın 17-də səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

B. Nəsibovanın qohumu Səbuhi Vəliyev bildirib ki, itkin düşən qadın sonuncu dəfə Bakı şəhərində görülüb.

# 891
avatar

Oxşar yazılar