Məşhur müğənni kazinoda 120 min dollar uduzdu
13 noyabr 2019 12:03 (UTC +04:00)

Məşhur müğənni kazinoda 120 min dollar uduzdu

 


Türkiyənin tanınmış müğənnisi Sərdar Ortaçın adı yenidən qumarda uduzması ilə gündəmə gəlib.

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, onun ötən ay konsert verdiyi hotelin kazinosunda qumar oynadığı və 120 min dollar uduzduğu iddia edilir. 

Beş il evli olduğu irlandiyalı həyat yoldaşı Xloe Luqnandan bu ilin avqust ayında ayrılan Sərdar Ortacın yenidən qumar bataqlığına sürükləndiyi söylənilir. 

İllərdir qumar istəyi bitmək bilməyən musiqiçinin evliliyinin başa çatmasından sonra zor bir dönəmdən keçdiyi və maddi durumunun yaxşı olmadığı söylənilir. 

Məlumata görə, Sərdar Ortac Şimali Kiprdəki hotellərdən birində verdiyi konsertdən sonra kazinoda 120 min dollar uduzub. İddiaya görə, müğənni borcunu fərqli zamanlarda verəcəyi 4 konsertdən əldə etdiyi gəlirlə ödəyəcək. 

 

# 2526
avatar

Oxşar yazılar