Bakıda yarıçılpaq kişi qadına hücum etdi: yaralı var - VİDEO
13 noyabr 2019 09:45 (UTC +04:00)

Bakıda yarıçılpaq kişi qadına hücum etdi: yaralı var - VİDEO

Bu gün səhər saatlarından eibarən "İnstagram" sosial şəbəkəsində paytaxtın Neftçilər metrostansiyası yaxınlığında xuliqanlıq edən şəxslər barədə video yayılıb. Videodan da görünür ki, hadisə Neftçilər metrostansiyasından Bakıxanov qəsəbəsinə gedən yolda, "Star" idman sağlamlıq mərkəzinin yaxın ərazidə baş verib. Asayişi pozan şəxs avtomobillərin qarşısnı kəsib və onların hərəkətinə mane olub. Bundan əlavə, o yoldan keçən qadına da hücum edərək, əlindəki paltarla onu vurur. Bu zaman gənc qadın xəsarət alır. Daha sonra ətrafda olan şəxslər hadisəyə müdaxilə edərək, onu zərərsizləşdiriblər.

Hadisə ilə əlaqədar Bakı Şəhər Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Lent.az-a faktla bağlı araşdırmalara başlanıldığını bildirib:

"Hadisədən məlumatımız var. Müvafiq polis bölməsində hadisə ilə əlaqədar araşdırma aparılır. Videoda asayiş pozuntusuna səbəb olan şəxsin kimliyi müəyyən edilib. Saxlanıldığı halda mətbuata əlavə məlumatlar veriləcək".

 

Onu da qeyd edək ki, videoda söyüş olduğu üçün səsi bağlanıb. 

 

# 2445
avatar

Mehman Nəbiyev

Oxşar yazılar