Elektron siqaret çəkənlərin ölməsinin əsas səbəbi AÇIQLANDI
12 noyabr 2019 19:19 (UTC +04:00)

Elektron siqaret çəkənlərin ölməsinin əsas səbəbi AÇIQLANDI


 
ABŞ-ın xəstəliklərə nəzarət və profilaktikası üzrə Mərkəzindən olan alimlər elektron siqaret çəkənlərin ölməsinin əsas səbəblərindən birini müəyyənləşdiriblər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, təşkilatın saytındakı xəbərə görə, tədqiqatçılar 29 xəstə pasiyentin ağciyərlərinin maye nümunələrini yığıblar. Qeyd edilir ki, bütün hallarda E vitamini asetatı tapılıb. Bu kimyəvi maddə vapers məhsulları və elektron siqaret istehsalında əlavə bir maddə kimi istifadə olunur. Nümunələrin 82 faizində çətənənin tərkibindəki tetrahidrokkanabinol maddəsi, 62 faizində isə nikotin aşkarlanıb. 

Yayda ABŞ-da elektron siqaretlərlə bağlı olan pulmoner qəribə tənəffüs epidemiyasının yayıldığı məlum olub. Məlumata görə, ölənlərin sayı 39 olub, daha minlərlə insan xəstəliyə yoluxub.

Minnesotedəki Mayo klinikasının həkimləri aşkar ediblər ki, ABŞ-da vapersdən ölümün səbəbi zəhərli kimyəvi dumanlar ola bilər.
 

 

# 1090
avatar

Oxşar yazılar