1265
19:09
12 Noyabr 2019

Kişi arvadına və qızına DƏHŞƏT yaşatdı

Ağrı vilayətində ər ailəsinə dəhşət yaşadıb.

Lent.az -ın Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, Ağrı vilayətinin Şərqibəyazid qəsəbəsində spirtli içki və narkotikə meylli olduğu deyilən şəxs dəhşət yaşadıb. Belə ki, ər Ramazan İ. 14 yaşında evləndiyi arvadı M.İ.ni döyüb. O, sonra plastik qabı əridərək arvadının üzünə və ayaqlarına damcıladıb. Anasının səsini eşidən N.İ. də bu arada otağa girib. Ramazan.İ. qızının da alnını eyni qayda ilə yandırıb. Cani ərin dəhşətli cinayəti haqqında proses başladılıb.

20 yaşlı M.İ. və 3 yaşlı N.İ.nin bədənlərinin müxtəlif nahiyələrini yandıran 27 yaşlı Ramazan.İ. polisə ifadə verdikdən sonra sərbəst buraxılıb. Ancaq Cümhuriyyət Baş Prokurorluğu Ramazan.İ. haqqında cinayət işi açıb və onun zorla polisə gətirilməsinə göstəriş verilib.

Hadisə noyabrın 8-də baş verib. Evə sərxoş gələn Ramazan.İ. 14 yaşında evləndiyi M.İ.ni əvvəlcə döyüb. Sonra palstik qabı əridərək arvadının üzünə və ayaqlarına damcıladıb. Otağa girən 3 yaşlı qızının da alnını eyni qaydada yandırıb. Evdən gələn səs-küy səbəbilə qonşular polis çağırıb. Polislr M.İ. və N.İ.ni xəstəxanaya aparıb. İlkin yardımdan sonra ifadələri alınıb. Prokurorluğun göstərişi ilə M.İ, qızı N.İ. və 2 yaşlı oğlu E.İ. sığınacağa yerləşdirilib. Nəzarətə götürülən Ramazan.İ. isə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Hazırda onun axtarışları davam edir.