365
16:10
11 Noyabr 2019

Mobil telefon oğurlayan şəxslər saxlanılıb

Daxili İşlər orqanlarının əməkdaşları mobil telefon oğurlayan şəxsləri saxlayıb.

Nazirlikdən Lent.az -a verilən məlumata görə, oğurluq əməlinə görə tutulan S.Pənahovun ətrafında Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb. Nəticədə onun oktyabrın 8-də rayon ərazisindəki mağazaların birindən 5 ədəd mobil telefon və yaddaş kartı oğurladığı məlum olub.

Digər oğurluq hadisəsi isə Göygöldə qeydə alınıb.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 28-də rayon ərazisindəki evlərin birindən 400 manat pul, 5000 manat dəyərində qızıl-zinət əşyaları və 3 ədəd telefon oğurlayan Gəncə sakinləri, əvvəllər məhkum olunmuş Ü.Novruzov və R.Əələkbərov saxlanılıb.