Bişkəkdə 3 güclü partlayış: ölən və yaralananlar var  - YENİLƏNİB
08 noyabr 2019 14:13 (UTC +04:00)

Bişkəkdə 3 güclü partlayış: ölən və yaralananlar var - YENİLƏNİB

 

Qırğızıstanın paytaxtı Bişkekdə baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb. 

Partlayışa səbəb qaz balonunun partlaması göstərilir.

***

12:39

Qırğızıstanın paytaxtındakı Çuy və Erkindik prospektlərinin kəsişdiyi yerdə bir neçə partlayış baş verib. Lent.az xarici KİV-ə istinadla bildirir ki, “Antoşka” fastfudu yanır. 

Məlumata görə, yerli vaxtla təxminən saat 13:38-13:39-da birinci partlayış olub, bir az sonra daha iki partlayış baş verib.

“Təcili yardım” stansiyasından bildirilib ki, iki zərərçəkənə yardım edilib. Hadisə yerinə iki yanğınsöndürən maşın da gəlib. 

 

# 1345
avatar

Oxşar yazılar