
Dünyada ilk: robot insan beynini əməliyyat etdi - VİDEO
Tibb sahəsində robotlar birinci il deyil ki, istifadə olunurlar. Lakin buna baxmayaraq onların növləri və funksiyaları günü-gündən artmaqda davam edir. Hələ bir neçə müddət bundan öncə robot vasitəsilə bir pasientin ürəyində uzaq məsafədən əməliyyat reallaşdırılmışdı. İndi isə həkimlər robot vasitəsilə bir pasientin beynində əməliyyat reallaşdırıblar. Beyin əməliyyatı isə daha yüksək dəqiqliyi tələb edir.
Lent.az "technote"a istinadla xəbər verir ki, pasientin beynindən anevrizmin aradan qaldırılması üzrə əməliyyat Kanadada cərrah Vitor Mendes Pereira tərəfindən keçirilib. O, əməliyyat zamanı CorPath GRX adlı ikinci nəsil robotlaşdırılmış əldən istifadə edib. Bu robotlaşdırılmış əl millimetr dəqiqliklə çalışmaq özəlliyinə sahibdir və həmin robotu sensorlu panel və ya joystick ilə idarə etmək mümkündür.
Əməliyyat zamanı robotun barmaqlarında olmuş alətləri isə əməliyyat stolunun yanında yerləşmiş real insanlar dəyişblər. Baxmayaraq ki, robot xüsusi naqil vasitəsilə operator pultuna qoşulmuşdu, mütəxəssislər ümid edirlər ki, gələcəkdə bu cür əməliyyatları uzaq məsafədən də reallaşdırmaq mümkün olacaq. Pasient üzərində əməliyyaıtı reallaşdırmaqdan öncə Vitor Mendes Pereira ilk öncə pasientin beyninin strukturunu dəqiq şəkildə kopyalamış 3D modeldə məşqlərdən keçib.

Oxşar yazılar

Yaşadığı evdə asılmış meyiti tapıldı
23 yanvar 2021 , 02:20
Daha bir vəzifəli şəxs TUTULDU
22 yanvar 2021 , 22:34
Masallının Baş həkimi saxlanıldı - XÜSUSİ ƏMƏLİYYAT
22 yanvar 2021 , 20:52
Azərbaycanda qadın su kanalında boğuldu
22 yanvar 2021 , 19:37
Azərbaycanda xəstə kişidən DƏHŞƏTLİ ƏMƏL: arvadını...
22 yanvar 2021 , 19:19Bakıda polis maşını qəzaya səbəb oldu
22 yanvar 2021 , 19:02Sosial şəbəkələrdə narkotik təbliğ edən saxlanıldı - FOTO
22 yanvar 2021 , 18:34
Bakıda 6 evdən oğurluq edən tutuldu - FOTOLENT
22 yanvar 2021 , 15:11