
Xətai rayonunda top mərmisi tapıldı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub.
Lent.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub. Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib.
Aşkar olunan sursata baxış zamanı müəyyən olunub ki, bu, döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli olan 4 ədəd top mərmisidir. Mərmiləri ANAMA-nın mütəxəssisləri götürərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşıyıb.
Sursatın tapıldığı əraziyə baxış zamanı digər şübhəli əşya aşkar edilməyib.

Oxşar yazılar

Yaşadığı evdə asılmış meyiti tapıldı
23 yanvar 2021 , 02:20
Daha bir vəzifəli şəxs TUTULDU
22 yanvar 2021 , 22:34
Masallının Baş həkimi saxlanıldı - XÜSUSİ ƏMƏLİYYAT
22 yanvar 2021 , 20:52
Azərbaycanda qadın su kanalında boğuldu
22 yanvar 2021 , 19:37
Azərbaycanda xəstə kişidən DƏHŞƏTLİ ƏMƏL: arvadını...
22 yanvar 2021 , 19:19Bakıda polis maşını qəzaya səbəb oldu
22 yanvar 2021 , 19:02Sosial şəbəkələrdə narkotik təbliğ edən saxlanıldı - FOTO
22 yanvar 2021 , 18:34
Bakıda 6 evdən oğurluq edən tutuldu - FOTOLENT
22 yanvar 2021 , 15:11