"O cür oğlan avtobusla gedib-gəlirdi" - Manaf Ağayev - VİDEO
04 noyabr 2019 09:40 (UTC +04:00)

"O cür oğlan avtobusla gedib-gəlirdi" - Manaf Ağayev - VİDEO

“Kişi doğulanda kişi olur, sonradan olmur”. Lent.az-ın məlumatına görə, bu sözləri “Söhbət var” verilişində müğənni Manaf Ağayev deyib. O, bildirib ki, yaxşılıq etdiyi insanlar ona pislik edib:

 

“Mənə qarşı pislik edən adama yenə də yaxşılıq edirəm. Özümə söyüş qoyuram ki, o adama yaxşılıq etmə, alınmır. Adam var ki, ona yaxşılıq edirsən, o pisliyindən qalmır. Mənə başa salırlar ki, o doğulanda belə doğulub. Kişilik gendən gələn şeydir. Oğlan tanıyıram ki, acdı, amma qüruru var. O bir dəfə mənə deməyib ki, problemim var. Görmüşəm ki, o cür oğlan avtobusla gedib-gəlir. Həmin stolda ona maşın bağışlamışam. Mən belə olmuşam. Dostum var, onun övladı olmurdu. Onun övladı olanda toyunun hesabını ödəmişəm. Mənim yaltaq adamdan xoşum gəlmir”.

# 4698
avatar

Yalçın UĞUR

Oxşar yazılar