672
17:27
04 Noyabr 2019

Bu partiyanın Məclisi və İdarə Heyəti buraxıldı

“Respublikaçı Alternativ” (ReAL) Partiyası Məclisinin dünənki qərarına görə ReAl-ın hazırkı idarəetmə qurumlarından ikisi (Məclis və İdarə Heyəti) buraxılıb.

APA -nın xəbərinə görə, bu barədə ReAl Partiyası İdarə Heyətinin üzvü Erkin Qədirli özünün “Facebook” səhifəsində bildirib.

E.Qədirlinin sözlərinə görə, ReAL Partiyası yeni qurultaya gedir: “Qurultaya qədər partiyanı Sədr (təkbaşına) idarə edəcək. Yeni qurultayda yeni nizamnamə qəbul olunacaq”.