333
11:52
31 Oktyabr 2019

Tələbələr kreativ müəllim obrazında açıq dərslər təşkil edəcəklər - FOTOLENT

Azərbaycan Maarifçi Gənclər Təşkilatı Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Maliyyə dəstəyi ilə “Kreativ müəllim” adlı layihənin icarısına başlayıb. Layihə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində təhsil alan gələcəkdə müəllim olmaq istəyən gənclərə fokuslanıb.
Lent.az -ın məlumatına görə, layihənin məqsədi Müəllimlik sahəsində peşə təhsili alan gənclərin gələcəkdə bu ixtisas üzə təhsillərini davam etdirilməsi üçün maarifləndirici işlərin aparılması.
Layihənin vəzifələri Gənclər arasnda müəllimlik peşəsinə sevginin artırılması. Gənclər arasında kreativ müəllim tipinin inkişaf etdirilməsi.
“Kreativ müəllim” layihəsi çərçivəsində ilk olaraq 23 – 24 Oktyabr 2019-cu il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Əsas və Sabunçu filialında tələblərlə görüş keçirilərək layihənin mahiyyəti barədə məlumat verilmiş bundan əlavə müəllim peşəsi barədə maarifləndirici bukletlər tələbələrə paylanmışdır. Tədbirdə Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri, layihənin rəhbəri Ruhiyyə Aslanova, Azərbaycan Gənclə Fondunun məsul işçisi layihənin kuratoru Mübariz Qədirov və Ülvi Adıgözəlov iştirak etdilər. Mübariz Qədirov Fondun gənclərə yaratdığı şəraitdən, təhsillə bağlı yeniliklərdən danışdı. Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müavini Tərbiyə işləri üzrə direktor müavini Nigar Şirəliyeva və Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Sevda Axundova çıxış edərək layihənin vacibliyindən danışdılar və Azərbaycan Gənclər Fonduna belə nəcib işləri dəstəklədiklərinə görə təşəkkür etdilər.
Layihənin davamı olaraq 2 həftə ərzində “Kreativ müəllim” festivalı keçirilək. Həmin Festifal günlərində gələcəkdə müəllim olacaq tələbələr Kreativ müəllim obrazında açıq dərslər təşkil edəcəklər.