2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının yeni loqotipi təqdim edilib
22 oktyabr 2019 03:10 (UTC +04:00)

2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının yeni loqotipi təqdim edilib

 

2024-cü il Olimpiya Oyunlarının Təşkilat Komitəsi özündə medal, Olimpiya alovu və bir qadın obrazını – ölkənin rəsmi simvolu olan Mariannanı cəmləşdirən yeni loqotipi təqdim edib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkilat komitəsinin bazar ertəsi “Twitter”də yaydığı mesajda deyilir.

"Medal, alov və Marianna. Bu, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının yeni simasıdır”, - deyə məlumatda qeyd olunur.

Fransa prezidenti Emmanuel Makron bu paylaşımı öz “Twitter” səhifəsində yerləşdirib və əlavə edib ki, “2024-cü ildə Parisdə Olimpiya alovunu qəbul edən Fransa öz simasını bütün dünyaya göstərəcək. Bu, sizin simanızdır, bu, özlərini üstələmək üçün dünyanın hər yerindən gəlmiş qadın və kişilərin, idmançıların simasıdır”.

Loqotip ağ rəngli alovun təsvir edildiyi yuvarlaq bir qızıl medaldır. Onun üzərində qızıl saçlı bir qadının təsvirini də görmək mümkündür.

# 655
avatar

Oxşar yazılar