11 yaşlı qızı maşın vurdu
21 oktyabr 2019 16:00 (UTC +04:00)

11 yaşlı qızı maşın vurdu

 
 
Ucarda piyadanı maşın vurub.
 
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün gündüz saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb.
 
Rövşən Məhəmməd oğlu Kərimov idarə 61 BH 206 dövlət nömrə nişanlı "VAZ-2106" markalı minik maşını ilə yolu keçən piyada, rayon sakini, 2008-ci il təvəllüdlü Gülüstan Rasim qızı Məmmədovanı vurub.
 
G.Məmmədova Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. İlkin yardım göstərildikdən sonra G.Məmmədova Göyçay rayon xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır. 
# 535
avatar

Oxşar yazılar