İstirahət günləri yollarda 5 nəfər ölüb
21 oktyabr 2019 10:52 (UTC +04:00)

İstirahət günləri yollarda 5 nəfər ölüb

 
 
 
Respublikanın daxili işlər orqanları ötən həftənin şənbə və bazar günləri törədilən 26 cinayətin üstünü “isti izlər”lə açıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.
 
Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-
hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş
verib, nəticədə 5 nəfər ölüb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-
axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.
 
 
 
# 573
avatar

Mehman Nəbiyev

Oxşar yazılar