Bakıda sənədsiz sürücü qəza törətdi - <span style="color:red;">FOTO  - VİDEO
19 oktyabr 2019 02:27 (UTC +04:00)

Bakıda sənədsiz sürücü qəza törətdi - FOTO - VİDEO

 
 
Yasamal rayonunda yol qəzası baş verib.
 
APA-nın məlumatına görə, hadisə Mətbuat prospektində baş verib.
 
Belə ki, Vüqar Əmircanov idarə etdiyi “Lada Priora” markalı minik avtomobili ilə işıqforun yaşıl işığından keçən zaman hələlik şəxsiyyəti məlum olmayan sürücü “Tofaş” markalı nəqliyyat vasitəsilə ona çırpılıb. 
 
Qəza zamanı yolda sıxlıq yaranıb. “Tofaş” markalı avtomobilin sürücüsünün avtomobilə dair heç bir sənədi olmayıb.
 
Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
# 1035
avatar

Oxşar yazılar