Bakıda keçmiş məhkumu öldürən yaxalandı
18 oktyabr 2019 13:11 (UTC +04:00)

Bakıda keçmiş məhkumu öldürən yaxalandı

 
 
Oktyabrın 17-də səhər saat 7 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi M.Davudoğlu küçəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Sabir Ələkbərovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə 4-cü Polis Şöbəsinə məlumat daxil olub. 
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
 
Araşdırmalarla oktyabrın 16-da saat 22 radələrində həmin ünvanda yerləşən “Şərq” çay evində S.Ələkbərovla paytaxt sakini C.Abbasov arasında münaqişə baş verməsi və sonuncunun onu çaydanla vurması nəticəsində ölməsi müəyyən edilib.
 
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən C.Abbasov saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
 
# 263
avatar

Mehman Nəbiyev

Oxşar yazılar