Azərbaycanın bu ərazilərində qaz olmayacaq - <span style="color:red;">DİQQƏT!
18 oktyabr 2019 09:49 (UTC +04:00)

Azərbaycanın bu ərazilərində qaz olmayacaq - DİQQƏT!

Oktyabrın 18-də səhər saat 10:00-dan işlər başa çatanadək aşkarlanan qaz sızmalarının ləğvi icra olunarkən Bakının Nərimanov rayonu, Çermet qəsəbəsi, Z.Bünyatov, Azadlıq, Atatürk prospektlərində, Ə.Qayıbov, M.Əlizadə, X.Şuşinski, S.Rəhman, M.Sənani və akademik Həsən Əliyev küçələrində qaz təminatında fasilələr yaranacaq. 
 
“Azəriqaz”dan Lent.az-a bildirilib ki, saat 10:00-dan 16:00-dək isə təmir işlərinin aparılmasına görə Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatında müvəqqəti dayandırmalar olacaq.
 
Qeyd olunub ki, bu gün saat 10:00-dan başlamaqla Qaradağ rayonu, Bakı-Salyan şosesinin 70-ci km-də Bakı-Ələt yolunun sağ tərəfində yerləşən və Xəzər rayonu, Bakı-Mərdəkan-Qala yol ayırıcının cənub qərb hissəsində yerləşən yanacaq doldurma məntəqələri üçün çəkilmiş qaz xətləri mənbəyə birləşdiriləcək.
 
Bu müddət ərzində Qaradağ rayonu Ələt qəsəbəsi, Kötəl Şıxlar yaşayış massivi, Xəzər rayonu “Stansiya Qala” və Mərdəkan bağları yaşayış məntəqələrinin qaz təchizatında fasilələr yaranacaq.
# 699
avatar

Oxşar yazılar