Mitinq təşkilatçıları polisə <span style="color:red;">ÇAĞIRILDI
16 oktyabr 2019 15:08 (UTC +04:00)

Mitinq təşkilatçıları polisə ÇAĞIRILDI

Milli Şuranın oktyabrın 19-a təyin etdiyi mitinqlə bağlı təşkilatçılar Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.
 
Bu barədə APA-ya mitinq təşkilatçılarından olan Tofiq Yaqublu məlumat verib.
 
O bildirib ki, BŞBPİ-dən onlara zəng edərək, sabah - oktyabrın 17-də saat 11-ə idarəyə dəvət olunublar.
 
Qeyd edək ki, Milli Şura oktyabrın 19-na metronun "28 May" stansiyasının qarşısına mitinq təyin edib. Bakı şəhər İcra Hakimiyyəti mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.
 
Lakin Milli Şuranın Kordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli sosial şəbəkədə bildirib ki, mitinqi "28 May" metrostansiyasının qarşısında keçirəcəklər.
# 1319
avatar

Oxşar yazılar