Bakı polisindən icazəsiz aksiya keçirmək istəyənlərə XƏBƏRDARLIQ
15 oktyabr 2019 16:45 (UTC +04:00)

Bakı polisindən icazəsiz aksiya keçirmək istəyənlərə XƏBƏRDARLIQ

Bakı şəhər Baş Polis İdarəsi icazəsiz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib.
 
BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq: “Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsi qanunla müəyyən edilir. Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcək.”
# 1058
avatar

Oxşar yazılar