Azərbaycanda qadın mülk üstündə döyüldü
15 oktyabr 2019 14:18 (UTC +04:00)

Azərbaycanda qadın mülk üstündə döyüldü

Lənkəranda qohumların mübahisəsi xəsarətlə nəticələnib.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Separadi kənd sakini Fərman Cənnətəli oğlu Məmmədov mübahisə etdiyi qohumu, 42 yaşlı Həlimə Aslan qızı Fərzəliyevaya xəsarət yetirib. Qapalı kəllə-beyin travması ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadının vəziyyəti həkimlərin müdaxiləsindən sonra normal qiymətləndirilir.
 
Mübahisənin mülk üstündə baş verdiyi bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.
# 478
avatar

Oxşar yazılar