Azərbaycandan Ukrayna hüquq-mühafizə orqanlarına nota - SƏBƏB
15 oktyabr 2019 13:37 (UTC +04:00)

Azərbaycandan Ukrayna hüquq-mühafizə orqanlarına nota - SƏBƏB

 
 
Bir neçə gün öncə Kiyevdə Azərbaycan vətəndaşı Cavid Hacıyevin qətlə yetirilməsi faktı ilə əlaqədar olaraq Ukraynanın hüquq-mühafizə orqanlarına nota göndərilib.
 
Bu barədə APA-ya Azərbaycanın Ukraynadakı səfirliyindən bildirilib.
 
Məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən Əli Abdullayevin tezliklə tutularaq məhkəmə qarşısına çıxarılması üçün beynəlxalq axtarış elan edilib, əməliyyat-axtarış tədbirləri və işin gedişatı səfirliyin tam nəzarətində saxlanılır.
# 402
avatar

Oxşar yazılar