Bakıda bu yollar bağlı olacaq – SİYAHI
15 oktyabr 2019 09:44 (UTC +04:00)

Bakıda bu yollar bağlı olacaq – SİYAHI

Bakıda bir neçə yolda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək üfüqi nişanlama xətlərinin rənglənməsi işləri aparılacaq.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən xəbərə görə, rəngləmə işləri Xocəsən-Lökbatan və Bakı Dairəvi-1 avtomobil yollarını, gecə saatlarında isə Nərimanov rayonu, Həsənoğlu və Təbriz küçələrinin kəsişməsini, həmçinin Nizami, Rüstəm Rüstəmov küçəsini əhatə edəcək. 
 
Sürücülərdən sözügedən küçə və yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
# 630
avatar

Oxşar yazılar