Macarıstan və Azərbaycan yığmalarının heyətləri açıqlandı
13 oktyabr 2019 18:57 (UTC +04:00)

Macarıstan və Azərbaycan yığmalarının heyətləri açıqlandı

Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

APA-nın məlumatına görə, AVRO-2020-nin seçmə mərhələsinin E qrupunda çıxış edən yığma Macarıstanla qarşılaşacaq.

Budapeştin “Qrupama Arena” stadionunda baş tutacaq görüşdən öncə komandaların heyətləri açıqlanıb. Baş məşqçilər Marko Rossi və Nikola Yurçeviç start “11-lik”ləri və ehtiyatda qalan futbolçuları müəyyənləşdiriblər.

 

Qeyd edək ki, VIII tur çərçivəsində keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

AVRO-2020-nin seçmə mərhələsi
VIII tur
13 oktyabr
E qrupu
20:00. Macarıstan – Azərbaycan
Baş hakim: 
Dennis Yohan Hiqler (Hollandiya)
Macarıstan: 1. Peter Qulaşi, 3. Mixay Korxut, 5. Paulo Vinisius, 6. Villi Orban, 7. Balaş Cudcak (k), 8. Adam Nad, 9. Adam Şalay, 10. Dominik Şoboşlay, 14. Gerqo Lovrençiç, 15. Laslo Klyanheyzer, 20. İştvan Kovaç
Ehtiyat oyunçular: 12. Dibuş Deneş, 22. Adam Kovaşik, 2. Botond Barat, 4. Yanoş Ferentsi, 11. Kristian Nemets, 13. Jolt Kalmar, 16. Mate Patkay, 17. Roland Varqa, 18. Dominik Nad, 19. David Holman, 21. Tamaş Kadar, 23. Filip Holender 
Baş məşqçi: Marko Rossi
Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 9. Ağabala Ramazanov, 11. Ramil Şeydayev, 13. Eddi İsrafilov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda, 21. Pavel Paşayev
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 10 . Namik Ələsgərov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 18. Şəhriyar Əliyev, 22. Cavid Hüseynov
Baş məşqçi: Nikola Yurçeviç
Budapeşt. “Qrupama Arena” stadionu

# 806
avatar

Oxşar yazılar