Baş mama-ginekoloqdan vaxtından əvvəl doğulan uşaqlarla bağlı AÇIQLAMA
09 oktyabr 2019 10:07 (UTC +04:00)

Baş mama-ginekoloqdan vaxtından əvvəl doğulan uşaqlarla bağlı AÇIQLAMA

Oktyabrın 9-da Respublika Perinatal Mərkəzdə "Azərbaycanda mamalıq və ginekologiyanın bəzi problemlərinə aktual yanaşma" mövzusunda konfrans keçirilib.
 
APA xəbər verir ki, tədbirdə Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova, Tibb Universitetinin II mamalıq və ginekologiya kafedrasının müdiri Hicran Bağırova və digər mütəxəssislər iştirak ediblər.
 
Tədbirdə çıxış edən baş mama-ginekoloq S. Məmmədova qeyd edib ki, yeni beynəlxalq meyarlar əsasında artıq hamiləliyin 22-ci həftəsindən tez olmayaraq doğulan körpənin bədən çəkisi 500 qramdan çoxdursa və onda hər hansı həyat əlamətləri müşahidə edilirsə, o, diri doğulmuş uşaq sayılır: "22-ci həftədən 37-ci həftəyə kimi bütün doğulanlara vaxtından əvvəl diri doğulan uşaqlar deyilir. Diri doğulma meyarlarına 2015-ci il yanvarın 1-dən keçmişik. Artıq çəkisi 1 kq-dan aşağı olan uşaqların yaşamasına görə müəyyən tədbirlər görülür".
 
O əlavə edib ki, vaxtından əvvəl doğulan uşaqların əlillik faizi də yüksək olur.
# 778
avatar

Oxşar yazılar