AFFA 3 kulubu cəzalandırdı
08 oktyabr 2019 14:47 (UTC +04:00)

AFFA 3 kulubu cəzalandırdı

 
 
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
 
Lent.az-ın məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının VII turunda baş verənlər müzakirə olunub və müvafiq qərarlar çıxarılıb.
 
“Sumqayıt” – “Keşlə” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Neftçi” – “Səbail” oyununda hər iki komandanın 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün klublar 800 manat cərimələnib.
 
“Qarabağ” – “Sabah” matçının 79-cu dəqiqəsində qonaqların futbolçusu Bəhlul Mustafazadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat dəyərində cərimə edilib.
# 857
avatar

Oxşar yazılar