Mikayıl Müşfiqin qalmaqallı abidəsi: <span style="color:red;">"Yaxın günlərdə ..."  - <span style="color:red;">FOTOLENT
08 oktyabr 2019 12:49 (UTC +04:00)

Mikayıl Müşfiqin qalmaqallı abidəsi: "Yaxın günlərdə ..." - FOTOLENT

Bir neçə gün əvvəl sosial və yerli mediada Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində şair Mikayıl Müşfiqin abidəsinin ekskavatorla aşırdılması müzakirələrə səbəb odu.
 
Bu gün Lent.az-ın əməkdaşı sözügedən ərazidə olub.
 
 
Mövzu ilə bağlı saytımıza açıqlama verən Qaradağ rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov bildirib ki, yararsız halda olan abidə yenisi ilə əvəzlənib:
 
 
“Əvvəlki heykəl Mikayıl Müşfiqə aid olsa da, ona oxşamırdı. O abidə təxminən 30 il əvvəl, 1989-cu ilin sonları, 1990-cı ilin əvvəlində hazırlanmışdı. Yeni abidə isə mərmərdəndir, abidənin ətrafı da hazırda abadlaşdırılır”.
 
Şöbə müdiri qeyd edib ki, yaxın günlərdə abidənin açılışı planlaşdırılır:
 
“Abadlıq işlərinin yekunlaşmasından sonra abidənin açılışı olacaq. İşlər yekunlaşsa, açılış bu həftə, alınmasa gələn həftə baş tutacaq”.
 
M.Bayramov əlavə edib ki, əvvəlki heykəlin içi boş olduğu üçün ekskavatorla aşırdılıb:
 
“Onu nə başqa cür götürmək, nə də harasa aparmaq mümkün deyildi”.
 
Xatırladaq ki, Mikayıl Müşfiqin sözügedən videosunu tanınmış musiqiçi və pedaqoq Abbasqulu Nəcəfzadə sosial şəbəkə hesabında paylaşmış, bundan sonra isə yerli və sosial mediada yayılmışdı. Müzakirələrdə isə abidənin bu şəkildə götürülməsinin şairin ruhuna hörmətsizlik olduğu qeyd edilmiş və etirazla qarşılanmışdı.
 
# 1103
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar