Əməkdar artist övladlığa götürdüyü qızı ilə <span style="color:red;">CANLI EFİRDƏ  - <span style="color:red;">VİDEO
04 oktyabr 2019 12:43 (UTC +04:00)

Əməkdar artist övladlığa götürdüyü qızı ilə CANLI EFİRDƏ - VİDEO

Əməkdar artist Nigar Şabanova övladlığa götürdüyü qızı ilə birgə “Şou ATV” verilişinə qatılıb.

Lent.az-ın məlumatına görə, ifaçı verilişdə bildirib ki, bir çoxları onun ana ola bilməyəcəyini yazır: “Təklikdən çox qorxuram. Fikirləşdim ki, 30 yaşım var, uşaq lazımdır. Analıq hissini yaşamaq istəyirdim. Yazıblar ki, ana ola bilməyəcək. Həkimlər mənə dedilər ki, ümidini üzmə. Uşağım olmasaydı, ən bədbəxt insan olardım. Artıq üzülmürəm ki, tək qalacam. Çünki onun gəlişi hər şeyi dəyişdi. Qız övladı daha çox valideynə yanan olur. Bu da bir qismətdir. Anam bu gündə mənə baxıb ağlayır. Amma mən ana olaraq çox xoşbəxtəm”.

# 9809
avatar

Yalçın UĞUR

Oxşar yazılar