19:16
02 Oktyabr 2019

Yığmamız seçmə mərhələyə məğlubiyyətlə başladı

19 yaşadək qızlardan ibarət Azərbaycan futbol millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
APA-nın məlumatına görə, 3-cü qrupda qüvvəsini sınayan yığmamız ilk turda Portuqaliya ilə görüşüb.
Fao şəhərindəki matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Portuqaliya futbolçuları Vüqar Əsgərlinin baş məşqçisi olduğu komandamızı asanlıqla məğlub ediblər - 6:0.
Qrupun bu gün keçiriləcək digər oyununda Almaniya ilə Albaniya üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan yığması oktyabrın 5-də Almaniya ilə qarşılaşacaq.

Dİgər xəbərlər