547
18:35
02 Oktyabr 2019

Azərbaycan Prezidenti Rusiyaya səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib.
APA -nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Soçi Beynəlxalq Aeroportunda dövlət başçısını Krasnodar vilayətinin qubernator müavini Anatoli Voronovski, Şoçi şəhərinin meri Aleksey Kopayqorodski və digər rəsmi şəxslər qarşılayıblar.