350
14:33
02 Oktyabr 2019

Avtomobil qaz xəttinə çırpıldı: 400 ev qazsız qaldı

Ağcabədi rayonunun Xəlfəələddin və Kamil Nəsibov küçələrində yerləşən mənzilləri təbii qazla təmin edən diametri 108 mm olan qaz kəmərini avtomobillə vuraraq qırıblar.
“Azəriqaz” İB-dən Lent.az -a verilən məlumata görə, nəticədə adıçəkilən küçələrdə yaşayan 400 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Xəttin bərpası istiqamətində işlər aparılır.