Azərbaycanlı aktyor Rusiyada öldü
25 sentyabr 2019 10:46 (UTC +04:00)

Azərbaycanlı aktyor Rusiyada öldü

Rusiyanın Moskva vilayəti, Serpuxov Şəhər Musiqili Dram Teatrının aktyoru Ramil Əzimov vəfat edib.
 
APA-nın chehov-vid.ru saytına istinadən verdiyi xəbərə görə, 41 yaşlı aktyor onkoloji xəstəlikdən əziyyət çəkirdi. 
 
Aktyorla vida məraismi bu gün Serpuxov Şəhər Musiqili Dram Teatrında keçiriləcək. Mərhum Bakıda dəfn olunacaq. 
 
Ramil Əzimov 1978-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru kimi səhnə həyatına başlayan R.Əzimov 2005-ci ildən Rusiyada fəaliyyət göstərirdi. 
 
Ailəlidir, üç uşağı var. 
 
Allah rəhmət eləsin.
# 1405
avatar

Oxşar yazılar